"Beşiktaş"ın sabiq futbolçusu Miralem Pyaniç bu mövsüm "Şarca"dakı performansından sonra bir neçə komandanın transfer siyahısına düşüb.

Offsideplus.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Raed” komandası ilə yanaşı, "Abu Dabi" və "Dubay" komandaları da futbolçunu heyətinə qatmaq istəyir.

34 yaşlı futbolçunun hələ qərar vermədiyi, qısa müddətdə yeni komandasını müəyyənləşdirəcəyi bildirilib.